13:24 30-05-2020
news_image
77
FUTBOL

İcarə müddəti uzadıldı - klublar anlaşdı

"Valensiya" Alessandro Florenzi ilə icarə müddətini uzadıb.

Apasport.az saytının məlumatına görə, İspaniya təmsilçisi "Roma"dan icarəyə götürdüyü futbolçunu mövsümün sonuna qədər komandada saxlaya biləcək.

Florenzinin "yarasalar"la sözləşməsi iyunun sonuna qədər idi. Lakin tərəflər arasındakı razılığa əsasən, 29 yaşlı oyunçu La Liqada mövsümün qalan matçlarının hamısında iştirak edə biləcək. "Valensiya" İtaliya millisinin üzvünün maaşının 70 faizini ödəməkdə davam edəcək.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən dayandırılan İspaniya La Liqası iyunun 11-də bərpa olunacaq.