14:22 30-05-2020
news_image
50
FUTBOL

"Napoli"də yeni müqavilə

A seriyası klubunda yeni müqavilə "Napoli" klubu yarımmüdafiəçisi Pyotr Zelinskini komandada saxlayıb.

Apasport.az saytının məlumatına görə, bir neçə komandanın maraq dairəsində olan polşalı futbolçu neapollularla yeni sazişə qol çəkib.

Anlaşmaya əsasən, Zelinski 2024-cü ilin yayına qədər A seriyası təmsilçisinə məxsus olacaq. Müddətin daha bir il uzadılması bəndi də müqavilədə göstərilib. İllik məvacibi 4,5 milyon avro təşkil edəcək 26 yaşlı orta sahə oyunçusunun sərbəst qalma məbləği 100 milyon avrodur.

Qeyd edək ki, Pyotr Zelinski cari mövsüm A seriyasında 26 oyun keçirib, 2 qol vurub.