22:55 30-05-2020
news_image
140
FUTBOL

Klubdan qovuldu - kassadan pul oğurladığı üçün

Norveçin "Molde" klubunun futbolçusu Veqard Forren komandadan qovulub.

Apasport.az saytının məlumatına görə, buna səbəb 32 yaşlı mərkəz müdafiəçisinin klubun kassasından pul oğurlaması olub.

Norveç millisinin üzvü heç kimə xəbər vermədən kassadan 9255 avro götürüb və qumar oynayıb. "Molde" rəhbərliyi bunu öyrəndikdən sonra oyunçu ilə müqaviləyə xitam verib.

Maraqlıdır ki, Forren özü bunu təsdiq edib və 15 ildir qumar oynadığını bildirib: "Komandadan bu şəkildə ayrılmaq məcburiyyətində qaldığım üçün ailəmdən, dostlarımdan, futbolçulardan, klubdan və azarkeşlərdən üzr istəyirəm. 15 ildir qumar aludəçisiyəm və bundan qurtulmaq istəyirəm. 2015-ci ildə kömək alsam da, bu işə yaramadı. "Molde"dən qovulmağım, bəlkə də, həyatımda dəyişiklik etməyim üçün bir işarədir".

Forren karyerasını bitirməyəcəyini, təkliflər gözləyəcəyini deyib.

Qeyd edək ki, "Molde"nin yetirməsi olan və ümumilikdə 13 il bu klubun formasını geyinən Veqard Forren İngiltərədə "Sauthempton" və "Brayton"da da çıxış edib.