09:34 31-05-2020
news_image
113
FUTBOL

Hər gün oyun olacaq – A seriyasında

İtaliya çempionatının bərpasından sonra oyunlar həftənin hər gününü əhatə edəcək.

Apasport.az saytının məlumatına görə, bu addım mövsümü avqustun 2-də başa çatdırmaq məqsədilə atılır.

İyunun 20-də bərpa olunacaq A seriyasının qarşılaşmalarının vaxtı televiziya şirkətləri və klubların maraqlarına uyğun müəyyənləşəcək. Görüşlər bazar ertəsi 22:00, çərşənbə axşamı, çərşənbə və cümə axşamları 20:00 və 22:00-da başlayacaq. Cümə günləri yalnız bir matç olacaq ki, o da 22:00-da start götürəcək. Şənbə və bazar günləri isə oyunların başlaması 18:15, 20:30 və 22:45-ə nəzərdə tutulub.