11:41 31-05-2020
news_image
64
FUTBOL

“İnter” icarəyə götürdüyü müdafiəçini saxlamayacaq

İtaliyanın “İnter” klubunun futbolçusu Kristiano Biraqi komandanı tərk edəcək.

Apasport.az saytının məlumatına görə, Milan təmsilçisində icarə əsasında çıxış edən 27 yaşlı müdafiəçi mövsümün sonunda müqavilə ilə məxsus olduğu “Fiorentina”ya qayıdacaq.

Buna səbəb “İnter”in futbolçunu almaq üçün 12 milyon avro ödəmək istəməməsidir. Milan təmsilçisi bu icarə şərtlərində əksini tapan bu məbləğ qarşılığında transferə razı olmayıb.

Qeyd edək ki, “İnter”dəki müdafiəçisini qaytaran Florensiya klubu Milan təmsilçisindən icarəyə götürdüyü Dalberti də heyətində saxlayacaq.