12:55 31-05-2020
news_image
122
FUTBOL

Benzema qərarını verdi - “Real”dan ayrılacaq

“Real”ın hücumçusu Kərim Benzema formasını geyinəcəyi son klubun adını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, fransalı forvard peşəkar karyerasında axırıncı müqaviləsini “Lion”la imzalayacaq.

33 yaşlı forvard “Real”la müqavilə müddəti başa çatdıqdan sonra İspaniya təmsilçisini tərk edəcək və yenidən “Lion”un formasını geyinəcək. Futbolçu “Real”a 2009-cu ildə məhz “Lion”dan keçib. Onun “kral klubu” ilə müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.

Qeyd edək ki, “Lion”un yetirməsi olan Kərim Benzema 2004-2009-cu illərdə Fransa klubunun əsas heyətində çıxış edib.