15:08 31-05-2020
news_image
107
FUTBOL

İkardi transfer olundu – PSJ-yə

PSJ “İnter”in hücumçusu Mauro İkardinin transferini rəsmiləşdirib.

Apasport.az saytının PSJ-nin tvitter səhifəsinə istinadən məlumatına görə, parislilər icarə əsasında komandanın formasını geyinən forvardın birdəfəlik keçidi ilə bağlı qarşı tərəflə anlaşıb.

Dünən gecə saatlarında klub rəhbərləri transferin son detallarını müzakirə edib və razılığa gəliblər. Anlaşmaya əsasən, italyanlar bu keçiddən 50 milyon avro qazanacaqlar. Həmçinin sözləşməyə asanlıqla əldə ediləcək 8 milyon avroluq bonus maddəsi də salınıb.

27 yaşlı futbolçu PSJ ilə 4 illik müqavilə imzalayacaq və illik məvacibi 8 milyon avro təşkil edəcək.

Qeyd edək ki, Mauro İkardi koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılan Liqa1-də 20 oyun keçirib, 12 qol, 3 assistlə yadda qalıb.