17:21 31-05-2020
news_image
151
FUTBOL

Darmadağın - Nazarovsuz

Almaniya II Bundesliqasında XXIX turun oyunları davam edir.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun formasını geyindiyi “Aue” səfər matçına çıxıb.

Adıçəkilən komanda elitaya vəsiqə uğrunda mübarizə aparan “Heydenheym”in qonağı olub. Çempionatın bərpasından sonra keçirilən 3 oyunun ikisində qol vuran Nazarov bu dəfə ehtiyatda qalıb. Görüşdə isə “Heydenheym” ikinci hissədə vurduğu 3 cavabsız qolla qalib gəlib – 3:0.

Bu nəticədən sonra “Aue” aktivindəki 38 xalla turnir cədvəlinin 8-ci pilləsinə yuvarlanıb.