
10:29
“Atletiko”nun yarımmüdafiəçisi Saul Niges komandasını dəyişir.
Apasport.az saytının məlumatına görə, bunu 25 yaşlı futbolçu özü yayıb.
İspaniya millisinin üzvü tvitter səhifəsi vasitəsilə 3 gündən sonra başqa kluba keçəcəyini bəyan edib. Bununla da Saulun 8 illik “Atletiko” karyerası başa çatacaq.
Qeyd edək ki, Saul Niges Madrid klubunun heyətində Avropa Liqasını 2 dəfə, UEFA Superkubokunu, İspaniya Kral Kubokunu və İspaniya Superkubokunu 1 dəfə qazanıb.