22:07 31-05-2020
news_image
103
FUTBOL

Koutinyodan imtina etdi - Premyer Liqa klubu

"Barselona"nın yarımmüdafiəçisi Filipp Koutinyo "Tottenhem"ə keçməyəcək.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi Braziliya millisinin üzvünün transferindən imtina edib.

Buna səbəb 27 yaşlı orta sahə oyunçusunun həm transfer qiymətinin, həm də illik maaşının yüksək olmasıdır. İngilislər ona 15 milyon avroluq illik məvacib ödəmək iqtidarında deyillər. 

Qeyd edək ki, hazırda icarə əsasında "Bavariya"da çıxış edən Koutinyonun "Barselona" ilə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.