22:30 31-05-2020
news_image
142
FUTBOL

Rekordun bir addımlığında - "Borussiya"

Almaniya Bundesliqasının XXIX turunda "Paderborn"un qonağı olan Dortmund "Borussiya"sı böyükhesablı qələbəyə (6:1) sevinib.

Apasport.az saytının məlumatına görə, rəqib qapısından 6 top keçirən "Borussiya" cari mövsüm Bundesliqadakı qollarının sayını 80-ə çatdırıb.

Bu isə Dortmund təmsilçisinin klub rekordudur. Komanda indiyə qədər heç vaxt 29 görüşdə bu qədər qol vura bilməmişdi. Lusyen Favrenin yetirmələrinin mövsümlük rekorduna çatması üçün isə 2 qola ehtiyacları var. Bu baxımdan "Borussiya" ən məhsuldar mövsümü olan 2015/16-da 82 qola imza atıb.

Qeyd edək ki, turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan "Borussiya" (60 xal) lider "Bavariya"dan 7 xal geri qalır.