08:48 01-06-2020
news_image
2396
FUTBOL

Premyer Liqanın təqvimi - “Apasport”dan!

Koronavirus pandemiyası üzündən dayandırılan, bir gün öncə bərpasına qərar verilən Azərbaycan Premyer Liqasının və kubokunun qalan oyunlarının təqviminin qurulması üzərində işlərə start verib. Hər iki yarışın təşkilinə məsul olan Peşəkar Futbol Liqası (PFL) AFFA, Klublar Komitəsi və digər maraqlı tərəflərin də fikirlərini nəzərə almaqla, mövsümünün finişi üzərində baş sındırır.

Apasport.az saytı olaraq, ölkənin aparıcı idman KİV-in funksiyasını nəzərə alıb öz təklifimizi irəli sürürük. Söhbət təxmini təqvimdən gedir.

Çempionatın bərpa tarixi bəllidir. Yarışın qalan hissəsi iyunun 21-də başlayacaq.

Oyunların keçirilmə prinsipi də məlumdur. Hər turda bütün matçlar eyni gündə baş tutacaq.

Mövsümün bitmə tarixini də bəlli hesab etmək olar. UEFA neçə vaxtdır yarışların ən geci avqustun 3-də yekunlaşması barədə təbil çalır. Düzdür, qurum bunun tələb olmadığını da açıqlayıb. Amma tövsiyənin icrası AFFA və PFL üçün də müsbət amil olacaq.

Qarşılaşmaların keçirilmə ardıcıllığında da Amerika kəşf etmək lazım deyil. Mövsümün bəlli bir təqvimi var və XX turdan sonra dayanıb. Həmin qrafiki olduğu kimi saxlayıb, yalnız tarixləri nəzərdən keçirmək lazımdır.

Qarşıda çempionatda 8 tur və kubokun 3 oyun günü (yarımfinalın ilk və cavab oyunları, final) var. Bir sözlə, təqvimdə 11 oyun günü olacaq. Onların arasında 10 ara dövrü yer almalıdır.

AFFA-nın istədiyi bərpa tarixindən UEFA-nın tövsiyə etdiyi bitmə tarixinədək, iyunun 21-dən avqustun 3-dək, bu günlərdə sayılmaqla 44 gün edir. Bunlardan 11-i oyun günü olacaqsa, matçlararası 10 dövrə 33 gün sığır. Deməli, 7 dəfə üçgünlük, 3 dəfə dördgünlük istirahət olacaq.

Nisbətən böyük ara dövrlərini 3-cü, 6-cı və 9-cu oyun günlərindən sonraya salmaq daha düzgün olar. Çünki 9 gündə 3 matça çıxacaq komandalar ardınca dördgünlük istirahət edə bilsin. Təbii ki, kubokda mübarizəni dayandıranların daha çox vaxtı olacaq.

44 günlük müddətə düşən iki gün – Azərbaycan Silahlı Qüvvələr Günü və Ağdamın işğalı gününə oyunların təsadüf olunmamasına da riayət edilmiş olur. İyunun 26-na və iyulun 23-nə heç bir matç düşmür. 

Üstəlik, hər hansı klub iki görüş arasında 72 saatdan az vaxt olması barədə əsassız irad da irəli sürə bilməz. Baxmayaraq ki, indiyədək dəfələrlə belə mənasız şikayətlər olub. Azərbaycan Premyer Liqasında 72 saatı tələb etmək gülüncdür. Çünki az qala bütün oyunları Bakıda keçirilən, iki turdan bir Sumqayıt və Qəbələdə fiti çalınan Premyer Liqamızın səfərləri də çox yaxındır. Belə də 72 əvəzinə 69, 70 və ya 71 saat olmasından narazı qalmaq yersizdir. Əksər Avropa ölkələrində olduğu kimi komandalar saatlarla yol qət etmir. 72 saat qaydası Azərbaycan üçün ağlasığmaz sayılan məsafələrin qət olunduğu çempionatlara daha çox şamil oluna bilər. Narazıların haqsızlığının ikinci tərəfi isə fors-major durumun olması sayılardı. 3 aya yaxın futbolsuz qalan komandaların indi 72 saatdan bir neçə saat az ara ilə oynamaqdan gileylənməsi yersiz və gülünc olar. Amma 3 gün istirahətin olması belə əsassız narazılıqların yaranmasına da imkan vermir.

Bir sözlə, iyulun 21-də başlayacaq və 11 oyun gününü əhatə edən mövsümün ikinci hissəsi avqustun 3-də finalla başa vurmaq olar. Final üçün də Amerika kəşf etməmək məsləhətdir. Özü də təkcə bu mövsüm üçün yox. Futbolun yaradıcıları İngiltərədə Azərbaycanla müqayisədə on dəfələrlə artıq stadionun olmasına rəğmən, finalları “Uembli”də oynayırsa, niyə Tofiq Bəhramov adına Respublika stadionunu finalların əbədi məkanı etməyək? Ən azı indiki fors-majorda bu ən ideal çıxış yoludur. Hazır stadion axtarmaqdansa, ölkənin 1 nömrəli arenası (söhbət ölçüdə deyil, tarixdədir) finalı gözləsin.

Azərbaycan Premyer Liqası və kubokunun bərpadan sonrakı təqvimi
XXI tur
21 iyun

81.“Qarabağ” – “Qəbələ”
82.“Sabah” - “Keşlə”
83.“Sumqayıt” – “Səbail”
84.“Zirə” – “Neftçi

IV dövrə
XXII tur
25 iyun

85.“Zirə” – “Sumqayıt”
86.“Səbail” – “Keşlə”
87.“Neftçi” – “Qarabağ”
88.“Qəbələ” – “Sabah”

XXIII tur
29 iyun

89.“Sabah” - “Sumqayıt”
90.“Qarabağ” – “Zirə”
91.“Keşlə” – “Neftçi”
92.“Qəbələ” - Səbail”

XXIV tur 
4 iyul

93.“Səbail” – “Sabah”
94.“Neftçi” – “Qəbələ”
95.“Zirə” – “Keşlə”
96.“Sumqayıt” – “Qarabağ”

XXV tur
8 iyul

97.“Sabah” – “Qarabağ”
98.“Keşlə” - Sumqayıt”
99.“Qəbələ” – “Zirə”
100.“Səbail – “Neftçi”

Azərbaycan Kuboku
1/2 final mərhələsi, ilk oyunlar
12 iyul
9. "Qəbələ" – "Zirə"
10. "Sumqayıt" – "Qarabağ"
 
XXVI tur
17 iyul

101.“Zirə” - “Səbail”
102.“Sumqayıt” - “Qəbələ”
103.“Sabah” - “Neftçi”
104. “Qarabağ - “Keşlə”

Azərbaycan Kuboku
1/2 final mərhələsi, cavab oyunlar
21 iyul

11. "Zirə" - "Qəbələ"
12. "Qarabağ" - "Sumqayıt"

XXVII tur
26 iyul

105.“Keşlə” - “Sabah”
106.“Qəbələ” – “Qarabağ”
107.“Səbail” – “Sumqayıt”
108.“Neftçi” – “Zirə”

XXVIII tur
30 iyul

109.“Sabah” - “Zirə”
110.“Sumqayıt” – “Neftçi”
111.“Qarabağ” – “Səbail”
112. “Keşlə” – “Qəbələ”

Azərbaycan Kuboku
Final oyunu
3 avqust

1

Qarabağ

20

13

6

1

34-7

45

2

Neftçi

20

10

7

3

33-14

37

3

Keşlə

20

8

6

6

27-21

30

4

Sumqayıt

20

6

5

9

24-32

23

5

Zirə

20

6

5

9

25-37

23

6

Sabah

20

5

6

9

19-27

21

7

Səbail

20

5

5

10

16-30

20

8

Qəbələ

20

5

4

11

25-35

19

Bombardirlər: Stiven Monroz ("Neftçi"), Mahir Emreli ("Qarabağ"), Peyman Babayi ("Sumqayıt"), Baqali Dabo ("Neftçi") - 7 qol.