09:01 01-06-2020
news_image
342
FUTBOL

“Vulverhempton” seçimini etdi – Renat Dadaşov əsas komandaya

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Vulverhempton” klubunda ayrılıq baş verib.

Apasport.az saytının məlumatına görə, hücumçu Brayt Enobakare ilə yollar ayrılıb.

Akademiyanın yetirməsi olan nigeriyalı forvard baş məşqçi Nunu Eşpiritu Santoya lazım olmadığından, 22 yaşlı oyunçu rəsmən vidalaşıb. Klubun rəsmi saytında portuqaliyalı mütəxəssisin hücum xəttində Raul Ximenes, Leonardo Kampanya və Renat Dadaşova üstünlük verəcəyi yazılıb. Artıq azad agent statusu daşıyan Braytın isə “Birmingem” və ya “Koventri”yə keçidi gözlənilir.

Qeyd edək ki, “Vulverhempton”un əvəzedici heyətində çıxış edən Renat Dadaşov hələ ki, əsas komandada debüt etməyib.