09:44 01-06-2020
news_image
486
FUTBOL

13 oyunluq futbolçu – “Neftçi” ilə vidalaşdı

“Neftçi” mövsümün qalan matçlarında Vild-Donald Geryenin xidmətindən yararlana bilməyəcək.

Apasport.az saytının məlumatına görə, bununla bağlı haitili müdafiəçi instaqram səhifəsində paylaşım edib.

31 yaşlı sol cinah oyunçusu “Neftçi” ilə vidalaşıb və karyerasında yeni səhifə açmaq vaxtının gəldiyini vurğulayıb. Onun Bakı təmsilçisi ilə müqaviləsində 1 illik uzatmaq maddəsi olsa da, daha sərfəli təklifləri olan futbolçu bunun qüvvəyə minməsinə razı olmayıb.

“Qarabağ”dan fərqli olaraq, “Neftçi”də özünü intizamlı aparan Gerye cari mövsüm Premyer Liqada 13 matçda iştirak edib, 1 qol və 1 avtoqolla yadda qalıb.