12:18 01-06-2020
news_image
178
FUTBOL

Maaşının 10 qatını qazanacaq - yeni transfer

“Breşiya”nın yarımmüdafiəçisi Sandro Tonalinin yeni komandası müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, 19 yaşlı orta sahə oyunçusu “İnter”lə anlaşıb.

“Neradzurra” rəhbərliyi Tonali ilə müqavilənin şərtlərini artıq razılaşdırıb. Tərəflər arasında anlaşmaya əsasən, futbolçu 4 illik müqavilə bağlayacaq və illik məvacibi 2,5 milyon avro təşkil edəcək. Bu isə onun hazırkı qazancından 10 dəfə çoxdur. “Breşiya” transferdən 50 milyon avroluq gəlir götürmək niyyətindədir. Milanlılar da Mauro İkardinin PSJ-yə transferindən qazanılacaq pulu bu keçid üçün xərcləyəcək.

Qeyd edək ki, “Breşiya”nın yetirməsi olan Sandro Tonali 2017-ci ildən əsas komandada çıxış edir.