12:33 01-06-2020
news_image
514
TOP OYUNLARI

Millilərimiz mövqeyini qorudu

Beynəlxalq Voleybol Federasiyası (FİVB) milli komandaların reytinq siyahısını açıqlayıb. 

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası üzündən beynəlxalq səviyyədə qarşılaşmalar keçirilmədiyi üçün iyun cədvəlində ciddi dəyişiklik olmayıb.

Qadın voleybolçulardan ibarət Azərbaycan yığması da siyahıda mövqeyini qoruyub. Aktivində 127 xal olan təmsilçimiz planetin 26-cı komandasıdır. Millimiz 25-ci sıradakı Xorvatiyadan 4 xal geri qalır, 2-ci olan Meksikanı 1 xal qabaqlayır. 

Qadınlardan ibarət komandaların siyahısının liderləri də dəyişməyib. İlk üç pillədə Çin (391), ABŞ (382) və Braziliya (328) qərarlaşıb. 

Kişilərdən ibarət Azərbaycan millisi də yerində “sayıb”. Fərid Cəlalovun yetirmələri 101 xalla 58-ci sıradadır. Komandamız 57-ci olan İsraildən 4 xal geri qalırsa, 59-cu yerdəki Pakistanı 1 xal qabaqlayır. Zirvədə isə Braziliya (427), Polşa (384) və ABŞ (365) qərarlaşıb.