12:58 01-06-2020
news_image
211
FUTBOL

Müqaviləsi bitənlərlə razılıq əldə olundu – “Zirə”də

“Zirə” klubunda müqavilə müddəti bitən futbolçular ən azı mövsümün sonuna qədər komandada qalacaqlar.

Bu barədə apasport.az saytına Bakı təmsilçisinin baş məşqçisi Zaur Həşimov məlumat verib.

O bildirib ki, sözləşməsi yaya qədər olan oyunçuların hamısı ilə danışılıb və qalmaları yönündə razılıq əldə olunub. Bura icarə əsasında “Zirə”də çıxış edən futbolçular da aiddir. Komanda bu gün bir araya gələrək, məşqləri bərpa edəcək.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən martın 13-də dayandırılan Azərbaycan Premyer Liqası iyunun 21-də bərpa olunacaq.