14:21 01-06-2020
news_image
181
FUTBOL

Geryenin ayrılığını təsdiqlədi - “Neftçi”

“Neftçi” müdafiəçi Vild-Donald Gerye ilə yollarını ayırdığını təsdiqləyib.

Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi feysbuk səhifəsi vasitəsilə haitili futbolçu ilə vidalaşdığını bəyan edib.

Məlumatda bilirilir ki, müqavilə müddəti başa çatan cinah oyunçusu ilə qarşılıqlı razılaşma əsasında yollar ayrılıb.

Qeyd edək ki, bu mövsüm “Neftçi”nin heyətində 14 oyunda (13 çempionat və 1 kubok) iştirak edən Gerye komandadan ayrıldığını instaqram səhifəsi vasitəsilə yayıb.