16:34 01-06-2020
news_image
138
FUTBOL

“Barselona”dan ayrılmağa razılıq verdi - Semedo

“Barselona”nın müdafiəçisi Nelson Semedo klubunu dəyişməyə razılıq verib.

Apasport.az saytının məlumatına görə, Portuqaliya millisinin üzvü “Mançester Siti”yə keçməyə hazırdır.

Klublar arasında bu transferlə bağlı danışıqlar artıq son mərhələdədir. “Şəhərlilər” müqaviləyə müdafiəçi Joao Kanselonu daxil etmək istəyir. Lakin kataloniyalılar oyunçu dəyişikliyində maraqlı deyil, Semedo üçün 40 milyon avroluq təklif gözləyir.

Qeyd edək ki, Nelson Semedo “Barselona”ya 2017-ci ildə 30 milyon avroya “Benfika”dan keçib.