17:10 01-06-2020
news_image
66
FUTBOL

2020-ci ili başa vurdu – Turin klubunun futbolçusu

İtaliya A seriyasında mövsüm bərpa olunmamış “Torino” klubu bir futbolçusunu itirib.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Daniele Bazelli sıradan çıxıb.

Klubun rəsmi saytında 28 yaşlı orta sahə oyunçusunun ağır zədə aldığı bildirilib. İtaliya millisinin üzvünə sağ diz ön çarpaz bağlarının pozulması diaqnozu qoyulub. Bazellinin 2020-ci ilin sonuna qədər futbol oynaması gözlənilmir.

Qeyd edək ki, Daniele Bazelli bu mövsüm bütün turnirlərdə 21 oyun keçirib, 2 məhsuldar ötürmə verib.