21:59 01-06-2020
news_image
96
FUTBOL

Emin Mahmudovdan yeni müqavilə - 3 illik

“Neftçi”də daha bir futbolçunun taleyinə aydınlıq gəlib. 

Apasport.az klubun saytına istinadən məlumat verir ki, “ağ-qaralar” kapitan Emin Mahmudovla müqavilənin müddətini artırıb. 

Yeni anlaşmaya görə, təcrübəli futbolçu daha 3 il "Neftçi”nin formanı geyinəcək.

Qeyd edək ki, Mahmudov bu mövsüm meydana çıxdığı 26 oyunda 6 qol vurub. Bundan əvvəl isə “Neftçi” digər futbolçusu Anton Krivotsyuk yeni razılıq əldə edib.