23:05 01-06-2020
news_image
241
FUTBOL

“Neftçi” Donald Geryeyə əvəzləyici tapdı - Braziliyadan

“Neftçi” transfer bazarında hərəkətə keçib.

Apasport.az saytının məlumatına görə, son vaxtlar legionerləri ilə ciddi problemlər yaşayan paytaxt təmsilçisi yeni futbolçu ilə anlaşıb.

“Ağ-qaralar”ın düşərgəyə dəvət etdiyi Tallison Braziliyadandır. O, müdafiəçidir və sol cinahda Donald Geryeni əvəzləməlidir.

28 yaşlı cənubi amerikalı “Neftçi”yə havayı başa gəlib. “Sambaçı” Bakı təmsilçisi ilə müqavilə bağlayanadək özünə başqa komanda tapmayıb. Onun sözləşməsi 1 illikdir (sportinfo.az).