08:39 02-06-2020
news_image
3213
FUTBOL

“Məbləğ buradakından yüksəkdir” - “Quarani” rəsmisi “Neftçi”nin transferini təsdiqlədi

Braziliyalı futbolçu Tallisonun “Neftçi”yə keçidi təsdiqlənib.

Apasport.az saytının məlumatına görə, bunu “Quarani” klubunun baş meneceri Mişel Alves açıqlayıb.

O bildirib ki, “Quarani” ilə müqavilə müddəti başa çatan sol cinah müdafiəçisi “Neftçi” ilə müqavilə imzalayıb. Klub rəsmisi 29 yaşlı oyunçunun seçimində maliyyə amilinin böyük rol oynadığını söyləyib: “Ona təklif olunan məbləğ “Quarani”də qazandığından çox yüksəkdir. Bu üzdən Tallison Azərbaycana gedir”.

Xəbərdə o da bildirilib ki, azad agent statusu daşıyan “Flamenqo”nun sabiq futbolçusu “Neftçi” ilə 3 illik sözləşməyə qol çəkib.

Qeyd edək ki, Vild-Donald Gerye ilə rəsmən yollarını ayıran “Neftçi” Emin Mahmudov və Anton Krivotsyukla sözləşmə müddətini uzadıb.