08:48 02-06-2020
news_image
224
FUTBOL

“Qarabağ”a rəqib – “Beşiktaş” da istəyir

Loris Kariusun gedişindən sonra qapıçı axtarışına çıxan “Beşiktaş” “Bornmut”un dəri əlcək sahibi Asmir Beqoviçə elçi düşüb.

Apasport.az saytının məlumatına görə, Türkiyə klubu cari mövsümün ilk yarısını icarə əsasında “Qarabağ”da keçirən, hazırda isə “Milan”ın formasını geyinən 33 yaşlı qolkiperlə bağlı danışıqlara start verib.

Bosniya və Herseqovina millisinin üzvü ilə yanaşı, Volkan Babacan, Sinan Bolat və Fabri də variantlar sırasındadır. Premyer Liqa klubu ilə müqavilə müddəti gələn ilin yayına qədər olan Beqoviçin meneceri ilə ilkin danışıq olub. Təcrübəli qapıçı özü İstanbul təmsilçisinə keçməyin əleyhinə deyil. Lakin bunun üçün ilk növbədə “Bornmut”un razılığını almaq lazımdır.

Qeyd edək ki, “Qarabağ” da Asmir Beqoviçi qaytarmaqda maraqlıdır.