09:27 02-06-2020
news_image
171
FUTBOL

“Bakıdan qalibiyyətlə ayrılmaq böyük uğur idi” - Joel Taqqart

“DÇ-2018-in seçmə mərhələsində ən kritik oyunumuz Azərbaycana qarşı olub”.

Apasport.az saytının məlumatına görə, bunu BBC-nin şərhçisi Joel Taqqart deyib.

Şimali irlandiyalı jurnalist milli komandanın son dünya çempionatının seçmə mərhələsindəki çıxışı ilə bağlı maraqlı məqamlara toxunub. O, pley-offa vəsiqə qazanmalarında 2017-ci il iyunun 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda Azərbaycan üzərində qələbənin böyük rol oynadığını vurğulayıb: “Millimizin seçmə mərhələdə böyük oyunu Azərbaycana qarşı olmuşdu. Norveç və Çexiya da pley-offu hədəfləyirdi. Bu baxımdan səfərdə vurulan son dəqiqə qolu sayəsində Azərbaycan üzərində qazanılan qələbə həlledici oldu. Oradakı isti hava şəraiti və rütubət bizim üçün ən pis şərait idi. Ancaq bunun fonunda Bakıdan qalibiyyətlə ayrılmaq böyük uğur idi”.

Qeyd edək ki, DÇ-2018-in seçmə mərhələsində millimiz üzərində 4:0 və 1:0 hesablı qələbələr qazanan Şimali İrlandiya qrup ikincisi kimi pley-offa vəsiqə əldə etsə də, İsveçrəyə məğlub olaraq (0:0, 0:1) mundiala yollana bilməmişdi.