11:37 02-06-2020
news_image
167
FUTBOL

Nazarovu oynatmamasının səbəbini açıqladı – baş məşqçi

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun II Bundesliqanın XXIX turunda “Aue”nin heyətində “Heydenheym”lə səfər görüşündə meydana çıxmamasının səbəbi məlum olub.

Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Dirk Şuster aparıcı oyunçunu yüklənməmək üçün bu addımı atdığını açıqlayıb.

Almaniyalı mütəxəssis Nazarovla yanaşı, əsas heyətin daha 3 oyunçusuna istirahət verdiyini, onların növbəti turda meydana çıxacaqlarını söyləyib. “Aue” XXX turda iyunun 7-də “Karlsrue”ni qəbul edəcək.

Qeyd edək ki, Dmitri Nazarovun ehtiyatda qaldığı “Heydenheym” – “Aue” qarşılaşması birincilərin 3:0 hesablı qələbəsi ilə nəticələnib. Yığmamızın üzvü çempionatın bərpasından sonra keçirdiyi 3 oyunda 2 qol vurub.