14:03 02-06-2020
news_image
94
FUTBOL

“Barselona”nın müdafiəçisini almadılar - qayıdır

“Barselona”nın müdafiəçisi Jan-Kler Todibo İspaniyaya qayıdacaq.

Apasport.az saytının məlumatına görə, hazırda icarə əsasında “Şalke”nin formasını geyinən 20 yaşlı futbolçunun Bundesliqa klubunda qalmayacağı dəqiqləşib.

Gelzenkirhen təmsilçisi rəsmi saytı vasitəsilə Todibonu birdəfəlik transfer etmək hüququndan yararlanmayacaqlarını bəyan edib. Almanlar bunun üçün 25 milyon avro ödəmək iqtidarında olmadıqlarını vurğulayıblar. Bu isə o deməkdir ki, Todibo mövsüm başa çatan kimi, “Barselona”ya qayıdacaq.

Qeyd edək ki, Jan-Kler Todibonun “Barselona” ilə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.