14:22 02-06-2020
news_image
152
FUTBOL

Komandasının oyununa pul qoyuluşu etdi – klub rəhbəri

Danimarkanın II liqa təmsilçisi “Nestved” klubunun sahibi Fabian Ernst cəzalandırılıb.

Apasport.az saytının məlumatına görə, komandasının oyununa pul qoyuluşu etdiyi üçün bir müddətdir haqqında istintaq aparılan sabiq futbolçu ilə bağlı qərar verilib.

Danışılmış oyunlarda iştirakı sübuta yetirilən almaniyalı futbol funksioneri 2 ay müddətinə klubdakı hüquqlarından məhrum edilib. O, həmçinin 10 min kron (2500 manat) məbləğində cərimələnib.

Qeyd edək ki, Fabian Ernst futbolçu karyerası ərzində “Hannover”, “Hamburq”, “Verder”, “Şalke”, “Beşiktaş” və “Kasımpaşa”da çıxış edib. 41 yaşlı sabiq yarımmüdafiəçi 2002-2006-cı illərdə Almaniya millisinin heyətində 24 matçda iştirak edib.