15:15 02-06-2020
news_image
141
FUTBOL

9 əvəzləmə təklif etdi – Premyer Liqa klubu

“Çelsi” Premyer Liqa rəhbərliyinə yeni təklif göndərib.

Apasport.az saytının məlumatına görə, London təmsilçisi oyunlar zamanı 9 əvəzləməyə icazə verilməsini istəyir.

“Zadəganlar” hesab edir ki, koronavirus pandemiyası səbəbindən dayandırılan Premyer Liqanın bərpasından sonra futbolçuların zədələnmə riski çoxdur və bunun qarşısını almaq üçün daha çox dəyişikliyə ehtiyac var. Rəhbərlik eyni zamanda oyunçuların koronavirus infeksiyasına yoluxma təhlükəsinin davam etməsindən də narahatdır.

Qeyd edək ki, Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (İFAB) qərarına əsasən oyunlar zamanı 5 dəyişiklikdən istifadə olunacaq. İngiltərə Premyer Liqasının isə iyunun 17-də bərpa olunması planlaşdırılır.