18:04 02-06-2020
news_image
391
FUTBOL

Duqlas Kosta və sevgilisindən iddialı FOTOSESSİYA

“Yuventus”un futbolçusu Duqlas Kosta növbəti dəfə şəxsi həyatı ilə gündəmə gəlib.

Apasport.az saytının məlumatına görə, Braziliya millisinin üzvü sevgilisi Natalya Felikslə diqqətçəkən poz verib.

Koronavirus pandemiyası səbəbindən uzun müddət təcrid vəziyyətində yaşayan cütlük bunun əvəzini birlikdə vaxt keçirərək çıxıb. Kosta ilə Feliks dəniz kənarında çəkdirdikləri şəkilləri sosial şəbəkədə indi paylaşaraq sevgilərini növbəti dəfə elan ediblər. Şəkillərdən də onların xoşbəxt olduqları görünür.

Qeyd edək ki, Duqlas Kosta bir müddət əvvəl sevgilisini görmək üçün karantin qaydalarını pozaraq Braziliyaya yollanmışdı.