22:25 02-06-2020
news_image
148
FUTBOL

Kamerunlu futbolçunu transfer etdi - "Lion"

"Vilyarreal"ın hücumçusu Karl Toko Ekambi Fransada qalacaq.

Apasport.az saytının məlumatına görə, 28 yaşlı forvard "Lion"a transfer olunub.

"Lion" klubunun mətbuat xidməti ilin əvvəlindən komandada icarə əsasında çıxış edən Ekambinin transfer olunacağını bəyan edib. Kamerun millisinin üzvü ilə 4 illik müqavilə nəzərdə tutulur. Fransızlar bu keçid müqabilində qarşı tərəfə 11,5 milyon avro ödəyib. "Vilyarreal" daha 4 milyon avro bonus əldə edə bilər.

Qeyd edək ki, Karl Toko Ekambi bu mövsüm "Lion"un heyətində Liqa1-də keçirdiyi 8 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə verib.