22:54 02-06-2020
news_image
126
FUTBOL

Yenə gündəmə gəldi - kökəlməklə

"Yuventus"un hücumçusu Qonsalo İquain yenidən çəkisinin artması ilə gündəmə gəlib.

Apasport.az saytının məlumatına görə, komandanın son məşqindən çəkilən görüntülərdə onun kökəldiyi görünür.

Argentinalı forvardın həmin şəkli "Yuventus" azarkeşləri tərəfindən birmənalı qarşılanmayıb. Bəziləri onun karantin dönəmində məşqlərə ciddi yanaşmadığını bildiribsə, futbolçunu lağa qoyanlar da olub. Bir neçə fanat "karantin sənə yarayıb" şərhini yazıb.

Qeyd edək ki, Qonsalo İquain "Napoli"dən "Yuventus"a transfer olunduğu zaman da artıq çəkisi ilə diqqət çəkmişdi.