00:03 03-06-2020
news_image
206
FUTBOL

Nə "Enfild Roud", nə də "Siqnal İduna Park" - ən atəşli arenalar

Məşhur "France Football" jurnalı dünyanın ən atəşli 30 stadionunun adlarını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, siyahıya əksər nəhəng klubların arenaları düşməyib.

Maraqlıdır ki, çılğın azarkeşləri ilə tanınan Dortmund "Borussiya"sı və "Liverpul"un arenası düşməyib. "Boka Xuniors"un "La Bombonera" stadionu rəqiblər üçün ən qorxulu məkan hesab edilib.

İlk "30-luq"da Türkiyənin 3 arenası da özünə yer edib. Bu baxımdan "Beşiktaş" fanatları daha çılğın seçilib. "Vodafon Park"dakı atmosfer dünyada 6-sı yerdə göstərilib. "Qalatasaray" və "Fənərbaxça" azarkeşlərinin yaratdığı ab-hava isə müvafiq olaraq 11-ci və 17-ci pillədə olub.

Ən atəşli arenalar:
1. "La Bombonera" ("Boka Xuniors", Argentina)
2. "Enfild Roud" ("Liverpul", İngiltərə)
3. "Siqnal İduna Park" ("Borussiya" Dortmund, Almaniya)
4. "Rayko Mitiç" ("Srvena Zvezda", Serbiya)
5. "Seltik Park" ("Seltik", Şotlandiya)
6. "Monumental" ("River Pleyt", Argentina)
7. "Vodafon Park" ("Beşiktaş", Türkiyə)
8. "Karaiskakis" ("Olimpiakos", Yunanıstan)
9. "San Mames" ("Atletik", İspaniya)
10. "Marakana" ("Flamenqo", Braziliya)
11. "Türk Telekom Arena" ("Qalatasaray", Türkiyə)
12. "De Kuip" ("Feyenoord", Niderland)
13. "San-Paulo" ("Napoli", İtaliya)
14. "Velodrom" ("Marsel", Fransa)
15. "Joffrua Qişar" (Sent-Etyenn", Fransa)
16. Qahirə Stadionu ("Əl-Əhli", Misir)
17. "Şükrü Saraçoğlu" ("Fənərbaxça", Türkiyə)
18. "Mestalya" ("Valensiya", İspaniya)
19. "Tumba" (PAOK, Yunanıstan)
20. "Məhəmməd V" ("Raca Kasablanka", Mərakeş)
21. "Kampeon-del-Siqlo" ("Penyarol", Uruqvay)
22. "Sent Ceyms Park" ("Nyukasl", İngiltərə)
23. Olimpiya stadionu ("Roma", İtaliya)
24. "Pedro Bideqain" ("San-Lorenzo", Argentina)
25. Polşa Ordu Stadionu ("Legiya", Polşa)
26. "Da Luş" ("Benfika", Portuqaliya)
27. "5 iyul 1962" ("Əlcəzair" MK, Əlcəzair)
28. Rades Olimpiya Stadionu ("Esperans", Tunis)
29."Park de Prens" (PSJ, Fransa)
30. "Millerntor" ("Sankt-Pauli", Almaniya)