23:02 02-06-2020
news_image
238
DİGƏR NÖVLƏR

Koronavirusa qalib gəldi - idman jurnalisti

Azərbaycanın idman jurnalisti Anar Cəfərsoy koronavirusa qalib gəlib.

Apasport.az saytının məlumatına görə, bu barədə supersport.az portalının təsisçisi və baş redaktoru özü feysbuk səhifəsində paylaşım edib.

İki həftədir koronavirusdan müalicə olunan həmkarımız artıq tam sağaldığını bildirib. O, virusa qalib gəlməsində Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında çalışan həkimlər və tibb işçilərinin rolunu xüsusi vurğulayıb, onlara təşəkkür edib.

Cəfərsoy əlavə edib ki, immunitet sistemini gücləndirmək üçün dərmanlardan, təbii qidalardan istifadə edir.

Qeyd edək ki, jurnalistin 69 yaşlı anası Zöhrə Cəfərova mayın 28-də bu pandemiyadan vəfat edib.