09:54 03-06-2020
news_image
123
FUTBOL

Millimizin rəqibi meydan oxudu

“Kipr Futbol Assosiasiyası ilə 4 illik müqavilə bağlamışam. Bu müddətin sonuna qədər komandada qalmaq fikrindəyəm”.

Apasport.az saytının məlumatına görə, bunu Millətlər Liqasının 2020/21 mövsümündə Azərbaycan yığması ilə eyni qrupda yer alan Kipr millisinin baş məşqçisi Yohan Valem deyib.

Bu il komandanın sükanı arxasına keçən 48 yaşlı mütəxəssis hədəflərindən də söz açıb. O, seçmə mərhələlərdə artıq daha yüksək yerlər barədə düşünməyin vaxtının çatdığını bildirib: “Kipr yığması qrupda sonuncu yeri tutmamaq uğrunda mübarizə aparmaqdan qurtulmalıdır. Güclü olmaq və daha yüksək pillələrdə qərarlaşmaq lazımdır. Bu, niyə də mümkün olmasın? Bizim məqsədimiz qatıldığımız yarışlarda qrupu yuxarı pillələrdə bitirməkdir”.

Qeyd edək ki, Millətlər Liqasının C liqasında Azərbaycan, Kipr, Monteneqro və Lüksemburq 1-ci qrupda yer alıb.