10:37 03-06-2020
news_image
132
DİGƏR NÖVLƏR

Xose Bernardonu bıçaqlayan şəxsin məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış teleaparıcı Xose Bernardonu bıçaqlamaqda təqsirləndirilən Abutalub Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

APA-nın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirəndirilən şəxsin anket məlumatları dəqiqləşdilib.

Məhkəmə baxışı iyunun 16-a təyin edilib. 

Qeyd edək ki, hadisə ötən il Pirallahı rayonunda qeydə alınıb. A. Hüseynov münaqişə zəminində 1989-cu il təvəllüdlü Bernardo Xose Pabloviçi və  1988-ci il təvəllüdlü Rafael Hüseynovu bıçaqlayıb.

Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib, onlar daha sonra xəstəxanadan evə buraxılıblar.

Xatırladaq ki, Azərbaycan vətəndaşı olan Xose Bernardo uzun müddət televiziya proqramlarında, idman və şou-proqramlarında aparıcılıq edib. Hadisənin hansı şəraitdə baş verdiyi isə hələlik məlum deyil.