13:12 03-06-2020
news_image

Karate Federasiyası beynəlxalq turnir keçirəcək – bu ay

İyunun 26-da karatenin kata növü üzrə onlayn beynəlxalq turnir start götürəcək.

Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 3 gün davam edəcək yarış Azərbaycan Silahlı Qüvvələr Gününə həsr olunacaq.

Yaxın günlərdə proqramı açıqlanacaq turnir Gənclər və İdman Nazirliyi, Azərbaycan Karate Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək.