13:32 03-06-2020
news_image
137
DİGƏR NÖVLƏR

Daha bir Olimpiya İdman Kompleksi açıldı - Tərtərdə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.

APA xəbər verir ki, dövlət başçısı kompleksdə yaradılan şəraitlə tanış olub.

Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev bir qrup idmançı ilə görüşüb.