15:11 03-06-2020
news_image
124
FUTBOL

“Yuventus”la oyunda dönəcək - İbrahimoviç

“Milan”ın hücumçusu Zlatan İbrahimoviçin yaşıl meydanlara dönəcəyi tarix müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, veteran forvard iyulun əvvəlindən kollektivlə birlikdə məşqlərə qoşulacaq.

Sağ topuğundan xəsarət aldığı üçün bir aylıq sıradan çıxdığı bildirən Zlatan hazırda fərdi məşqlərlə kifayətlənir. Həkimlər onun iyulun 7-də A seriyasının XXXI tur çərçivəsində “Yuventus”la qarşılaşmaya yetişəcəyini düşünür.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən martda dayandırılan İtaliya A seriyası iyunun 20-də bərpa olunacaq. “Milan” məcburi fasilədən sonra ilk oyununu iyunun 22-də səfərdə “Leççe”yə qarşı keçirəcək.