15:39 03-06-2020
news_image
197
FUTBOL

Yoxlama görüşü üçün rəqibləri bilindi - “Sumqayıt”ın

İyunun 21-də bərpa olunacaq Azərbaycan Premyer Liqasının qalan oyunlarının hazırlığına başlayan “Sumqayıt” yoxlama görüşlərində iştirak edəcək.

Apasport.az saytının məlumatına görə, “gənclik şəhəri” təmsilçisi həmin vaxta qədər iki sınaq matçında qüvvəsini sınayacaq.

Baş məşqçi Ayxan Abbasov təxminən 3 aylıq fasilədən sonra yetirmələrini ilk olaraq iyunun 8-də “Qəbələ”yə qarşı matçda yoxlayacaq. Komanda ayın 14-də isə “Keşlə” ilə üz-üzə gələcək. Hər iki oyunun “Kapital Bank Arena”da keçirilməsi razılaşdırılıb.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən martda dayandırılan Premyer Liqanın XXI turu çərçivəsində “Sumqayıt” iyunun 21-də “Səbail”lə üz-üzə gələcək.