16:20 03-06-2020
news_image
105
FUTBOL

İtaliyaya köçür – “Çelsi”nin futbolçusu

“Çelsi”nin yarımmüdafiəçisi Pedro Rodriges İtaliyaya yollanmağa yaxındır.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçu “Roma”nın maraq dairəsinə düşüb.

Paytaxt klubunun rəhbərliyi İspaniya millisinin üzvü ilə danışıqlara başlayıb. Pedronun iyunun sonunda “zadəganlar”la müqavilə müddəti başa çatdığından, onun “canavarlar”a keçidi havayı başa gələ bilər. Bu üzdən italyanlar 33 yaşlı hücumameyilli oyunçu ilə tez bir zamanda anlaşmaq niyyətindədir.

Qeyd edək ki, Pedro Rodriges “Çelsi”yə 2015-ci ildə “Barselona”dan keçib.