16:28 03-06-2020
news_image
148
FUTBOL

“Sabah” – “Qarabağ” matçının məkanı açıqlandı

Azərbaycan Premyer Liqasında mövsümün bərpasından əvvəl yoxlama görüşləri keçirəcək “Sabah”ın ilk rəqibi “Qarabağ” olacaq.

Apasport.az xəbər verir ki, bu barədə Bakı klubu rəsmi feysbuk səhifəsi vasitəsilə məlumat yayıb.

Bildirilir ki, çempionatın lideri ilə qarşılaşma iyunun 9-da baş tutacaq. Komandalar həmin gün saat 19:30-da “Bank Respublika Arena”da üz-üzə gələcəklər.

İyunun 14-də daha bir yoxlama görüşündə qüvvəsini sınamağı planlaşdıran “Sabah”ın rəqibinin “Zirə” olması gözlənilir. “Qarabağ” isə həmin gün “Səbail”lə üz-üzə gələ bilər.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən martın 13-də dayandırılan Azərbaycan Premyer Liqasında XXI turun oyunları iyunun 21-də keçiriləcək.