17:19 03-06-2020
news_image
438
TOP OYUNLARI

Daha bir imza - “Azərreyl”də

“Azərreyl” daha bir voleybolçu ilə bağlı qərarını verib.  

Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi rusiyalı Anastasiya Mertsalova ilə müqavilənin müddətini uzadıb. 

19 yaşlı blokçu anlaşmaya əsasən növbəti ildə də “dəmiryolçular”ın formasını geyinəcək. 

Qeyd edək ki, “Azərreyl” yeni mövsüm üçün sloveniyalı Moytsa Pene və millimizin üzvü Kseniya Pavlenko ilə müqaviləni artırıb, slovakiyalı Romana Hudeçova və yığmamızın oyunçusu Yuliya Kərimova ilə 1 illik anlaşma əldə edib. Həmçinin baş məşqçi Famil Ağayevi də postunda saxlayıb.