17:53 03-06-2020
news_image
56
FUTBOL

Xəstəxanadan çıxdı - “Qalatasaray”ın prezidenti

“Qalatasaray”ın prezidenti Mustafa Cengiz müalicə aldığı xəstəxanadan buraxılıb.

Apasport.az saytının məlumatına görə, mayın 18-də mədəsindən əməliyyat olunan klub rəhbəri evinə yollanıb.

Xərçəng xəstəliyindən əziyyət çəkən futbol funksionerini müalicəsini bundan sonra evində davam etdirəcək.

Qeyd edək ki, Mustafa Cengiz ilk olaraq mayın 15-də beynindən əməliyyat olunub.