17:57 03-06-2020
news_image
334
FUTBOL

Yığmamızın rəqibinə yeni futbolçu – milliləşdirilir

Millətlər Liqasının 2020/21 mövsümündə Azərbaycan yığması ilə eyni qrupda yer alan Kipr millisinə yeni futbolçu cəlb olunacaq.

Apasport.az saytının məlumatına görə, kiprlilər gürcüstanlı İrakli Maysuradzeni milliləşdirirlər.

“Paralimniu” klubunun formasını geyinən 32 yaşlı yarımmüdafiəçi Kipr vətəndaşlığını almaq üçün sənədlərini təqdim edib. Yerli futbol assosiasiyasının da bunda maraqlı olduğu bildirilir. Artıq 5 ildir Kiprdə yaşayan Maysuradzenin vətəndaşlıq prosesinin tezliklə həll olunması gözlənilir. Çünki kiprli xanımla evlənən futbolçunun biznesi də bu ölkədədir. O, karyerasını bitirdikdən sonra da Kiprdə yaşamaq istədiyini bildirib.

Qeyd edək ki, Kipr Millətlər Liqasının C liqasında Azərbaycan, Monteneqro və Lüksemburqla 1-ci qrupda mübarizə aparacaq.