22:17 03-06-2020
news_image
118
FUTBOL

Yeni müqavilə bağladı - Maradona

Argentina klubu "Ximnasiya" baş məşqçi Dieqo Maradona ilə bağlı qərarını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, Buenos Ayres təmsilçisi futbol əfsanəsini daha bir il komandanın sükanı arxasında saxlayıb.

60 yaşlı mütəxəssis klubla müqavilə müddətini 2021-ci ilin dekabrına qədər uzadıb. O, ötən ilin payızından komandanı çalışdırır.

Qeyd edək ki, Maradonanın rəhbərliyi altında "Ximnasiya" 7 qələbə, 8 məğlubiyyət, 5 heç-heçə ilə yadda qalıb.