23:07 03-06-2020
news_image
124
FUTBOL

"Milan"a keçmək istəyir - "Mançester Yunayted"li

"Mançester Yunayted"in yarımmüdafiəçisi Cessi Linqard karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, "Milan" İngiltərə millisinin üzvünün keçidini reallaşdırmaqda maraqlıdır.

"Qırmızı şeytanlar"da baş məşqçi Ole Qunnar Sulşerin ona olan etimadını itirən 28 yaşlı hücumameyilli oyunçu özü də "rossonyerlər"ə transfer olunmaq istəyir. O, sabiq komanda yoldaşları Eşli Yanq və Kris Smollinqlə artıq İtaliyadakı yaşayış barədə məlumat əldə edib.

Qeyd edək ki, Cessi Linqardın "Mançester Yunayted"lə müqavilə müddəti gələın ilin yayına qədərdir.