23:23 03-06-2020
news_image
72
FUTBOL

Sançoya yeni müştəri - İspaniyadan

Dortmund "Borussiya"nın futbolçusu daha bir klubun diqqət mərkəzinə düşüb.

Apasport.az saytının məlumatına görə, indi də "Real" gənc oyunçunu transfer etməyin planlarını cızır.

"Kral klubu" 20 yaşlı hücumameyilli oyunçu ilə bağlı almanlarla danışıqlara start verib. İspanlar onu mövsümün sonunda satmaq istədikləri Qaret Beylə ən layiqli alternativ hesab edirlər. Lakin İngiltərə millisinin üzvünü "Bavariya" və "Mançester Yunayted" də istəyir.

Qeyd edək ki, Ceydon Sanço bu mövsüm bütün turnirlərdə 39 oyun keçirib, 20 qol, 20 assistlə yadda qalıb.