08:41 04-06-2020
news_image
299
FUTBOL

Bordin üçün yeni komanda – “Yuventus” əfsanəsinin yerinə

“Neftçi”nin sabiq baş məşqçisi Roberto Bordinin işsiz günləri başa çatır.

Apasport.az saytının məlumatına görə, qış fasiləsində Azərbaycan klubundan ayrıldıqdan bəri klubsuz qalan italiyalı mütəxəssis ölkəsində fəaliyyət göstərməyə hazırlaşır.

O, tezliklə İtaliyanın C seriyasında mübarizə aparan “Sambenedetteze” klubunun “sükanı arxası”na keçə bilər. Marke bölgəsinin komandası olan aşağı liqa təmsilçisi baş məşqçisi Paolo Montero ilə yollarını ayırıb.

“Sambenedetteze” liderlər qrupundan uzaq düşdüyü üçün rəhbərlik Uruqvay millisinin və “Yuventus”un sabiq müdafiəçisi ilə vidalaşıb. 9 il formasını geyindiyi “Yuventus” əfsanəsinin gedişindən sonra boş qalan posta ən real namizəd məhz Bordindir. Onunla danışıqların davam etdirildiyi bildirilib.

Qeyd edək ki, Roberto Bordin 2018-ci ildən bu ilin əvvəlinə qədər “Neftçi”ni çalışdırıb.