09:35 04-06-2020
news_image
157
FUTBOL

“Azərbaycandan gələn təklifə “yox” deyə bilməzdi” - “Quarani” rəsmisi

“Tallisona Azərbaycandan gələn təklif əla idi. O, heç cür bundan imtina edə bilməzdi”.

Apasport.az saytının məlumatına görə, bunu “Quarani” klubunun baş meneceri Mişel Alves müdafiəçi Tallisonun “Neftçi”yə transferini dəyərləndirərkən deyib.

Klub rəsmisi 29 yaşlı sol cinah oyunçusuna apreldə başa çatan müqaviləni yeniləməyi təklif etdiklərini, lakin onu saxlamağın mümkünsüz olduğunu söyləyib. O, Braziliya klubunun “Neftçi”nin təklifi qarşısında geri çəkilməli olduğunu vurğulayıb: “Tallisonun özü ilə bu barədə söhbətim oldu. Mənə dedi ki, Azərbaycandan gələn təklifə “yox” deyə bilməz. Həm də həmin məbləği “Quarani” ona vermək gücündə deyil. Bu üzdən futbolçu bizimlə vidalaşaraq Avropaya yollanmaq qərarına gəldi”.

Qeyd edək ki, Tallisonun “Neftçi” ilə 3 illik müqavilə imzalayacağı bildirilib.